Siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib.
YAP-ın yeni namizəd siyasında vitse-spiker Bahar Muradovan, Arif Rəhimzadə, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilovun adları yoxdur.
Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Elçin Quliyev, Malik Həsənov, Cavanşir Paşazadə, Cavid Osmanov, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızının namizədlikləri isə yenidən irəli sürüldüyü qeyd olunur.
***
"AzPolitika.info"-nun əldə etdiyi məlumata görə, köhnə komandadan xeyli adam namizədliyinin yenidən təsdiq olunmasına nail olub. Hakim partiyanın namizədlər siyahısı əhəmiyyətli dərəcədə yenilənsə də, Milli Məclisin son tərkibində yer alan deputatladan bir çoxunun da namizədliyi irəli sürülüb. Məsələn, deputatlar İqbal Məmmədov, Eldar İbrahimov, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun yenidən hakim partiyanın siyahısına düşdükləri dəqiqləşib.
***
YAP-ın deputatlığa namizədlər siyahısı ilə bağlı mühüm detal açıqlanıb. Hakim partiyanın İdarə Heyətinin üzvü (ad açıqlanmır) "Trend"-ə bildirib ki, namizədlər siyahısında Milli Məclisin son tərkibində yer alan deputatların əksəriyyətinin adları yer almır.
* * *12:56
Bu dəqiqələrdə hakim YAP-da Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb. Bildirilir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdrililəcək. Siyahıda Milli Məclisin əvvəlki tərkibində yer alan bir sıra YAP-çıların adlarının yer almayacağı bildirilir. Onlardan biri-Arif Rəhimzadə təsdiq edib ki, daha deputatlığa namizəd olmayacaq.
* * *12:06
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
"Report" xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?