Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya tərəfinin başlatdığı telefon danışığında "xüsusi xidmətlərin əldə etdiyi Rusiyada terror hücumlarının qarşısını almağa yardım edən məlumatlara görə" ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
ABŞ tərəfi bu məlumatı dərhal təsiq etməyib.
Bundan əlavə Kremlin rəsmi vebsaytına əsasən, telefon danışığında “ortaq maraq doğuran bir sıra məsələlər” müzakirə olunub.
Putinin ofisi bildirib ki, hər iki lider “terrora qarşı mübarizədə ikitərəfli əməkdaşlığı” davam etdirmək üzərində razılıq əldə edib.
Telefon danışığı ilə bağlı başqa detal paylaşılmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?