ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın qanunvericilər tərəfindən müvafiq icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.
Qeyd edilir ki, iclasın yayımı qanunverici orqanın aşağı palatasının saytında aparılıb.
Qətnamə prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya "Birləşmiş Ştatlara silahlı hücum" olmayınca İrana qarşı və onun ərazisində hərbi hərəkətləri başlamamaq öhdəliyi qoyur.
Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Sənədin yuxarı palata tərəfindən qəbul olunacağı istisna edilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?