Qasim Süleymaninin məqsədyönlü öldürülməsi Yaxın Şərqdə potensial oyun dəyişdiricisidir. Vladimir Putin, əlbəttə, bunu görür. Bir neçə gün sonra qaçaraq Dəməşqə gedib – Bəşər Əsədin hakimiyyətini gücləndirmək və ya Moskvanın dəstəyini nəzarətini möhkəmləndirmək yox, Rusiyanın mərkəzi oyunçu olaraq qaldığını və kənara çəkilməyəcəyini göstərmək üçün.
Onun Suriyaya səfərindən sonra Türkiyəyə növbəti səfəri başqa bir məna daşımırdı. İstanbulda o və prezident Rəcəb Tayyib Ərdoğan – Liviyada bir-birinə əks tərəfləri fəal şəkildə dəstəkləyənlər – Bazar günü başlayacaq atəşkəs üçün ortaq çağırış ediblər. Yəni Süleymaninin öldürülməsindən qısa müddət sonra Rusiya prezidenti bölgədəki həqiqi hakim rolunu sərgiləyib.
Putin dünya miqyasında Rusiyanın ağalığını bərpa etməkdən legitimliyi naminə faydalanır. Amerikalılar və avropalılar Sovet İttifaqının dağılması, nüfuzunun itməsinin Rusiya ictimaiyyəti və Putinin özünə psixoloji təsirini başa düşməyiblər. Doğrudur, sabitliyi bərpa edə bilsə də, iqtisadi mallara əlçatımlılığı bərpa edə bilməməsi Putinin nüfuzunu sarsıdır. Lakin onun Rusiyanın beynəlxalq nüfuzunu artırmaqda səmərəliliyi Sovet İttifaqı dağılandan və Amerika dünyanın hakim dövləti olaraq ortaya çıxandan özünü alçaldılmış hiss edən insanlar üçün böyük məna daşıyır.
Amerika bu gücdən siyasi təsir üçün istifadə etməyə çalışıb, amma bu, dayanıqlı olmayıb və bizi ifrat yanlışlığa aparıb. Prezident Barak Obama ABŞ-ın qlobal liderliyini güc tətbiqindən yumşaq gücə – çağırış gücümüz, başqalarının hədəflərimizi müəyyənləşdirməsi və dəstəkləməsi üçün cazibə mənbəyi olma qabiliyyətimizə yönəltməyə çalışıb.
Prezident Tramp beynəlmiləlçi deyil. Hərbi gücdən istifadə etməyi sevir. Yumşaq gücə az qayğı göstərir, nəticədə qazanc azdır.
Məqsədlərimizi kimlər əhatə edir və bu gün bizə dəstəkçi olmağa can atır?
ABŞ qüvvələrinin İraqdakı bazasına raket hücumunun iranlıların qisas almaq üçün edəcəyi işlərin cəmi olduğunu düşünmə xəyalpərəstlikdir. Onlar dolayı və təkzib etmə yolu ilə hərəkət edəcəklər, çünki amerikalıları öldürülməsi Tramp üçün “qırmızı xət”dir, odur ki, Amerikanın bölgədəki dostlarının narahat olmasına səbəblər var.
Ancaq biz nəsə etməliyik. İran gizli vasitələrdən, terror aktlarından, neft obyektlərinə və digər yumşaq hədəflərə hücumlardan istifadə etdiyindən Traump administrasiyasının cavab verməsi ilə gərginlik yenidən artacaq. Üstəlik, İranın nüvə sazişində heç bir məhdudiyyətə bağlı olmadığını bəyan etməsi İslam Respublikasının nüvə silahına gedən yolu qısaltması anlamına gələ bilər. Bəs Tramp bundan sonra nə edəcək?
O, Obamanı İran siyasətinə görə qınayır, amma Obama siyasəti İranın nüvə “irəliləyişi” müddətini bir ilədək uzadıb. Sui-qəsdən əvvəl də mütəxəssislər fasilə vaxtının və ya İranın silah hazırlaması müddətinin qısaldığını söyləyib. Yanlış hesablama və ya İranın nüvə silahı əldə etməsinin qarşısını alma ehtiyacından asılı olmayaraq, qarşıdurma riski potensial olaraq qalır.
Tramp açıq şəkildə qarşıdurma istəmir, ancaq İranla danışıqları reallaşdırmaq üçün az şansa sahibdir. Əlbəttə, Ali Rəhbər Ayətullah Əli Xaməinin Süleymani qatili ilə birbaşa danışıqlara heç bir marağı yoxdur. Odur ki, Putin və onun bölgədə baş hakim görünmək istəyi işə düşə bilər.
Təəssüf ki, həm Tramp, həm də Xamnəinin kənar məsləhətçiyə ehtiyacı var. Tramp “sonsuz müharibələr”dəki iştirakımızı başa vurduğunu və yenisini başlatmadığını göstərmək istəyir.
Xamnəi ABŞ-la isti müharibə istəmir və Süleymaninin öldürülməsi ilə nail olmaq istədiyi daxili şövq İrandakı acınacaqlı iqtisadi reallığı dəyişdirə bilməz.
Öz növbəsində, Putin bölgədə gücünü itirmək istəmir.
Beləliklə, Putin yaxşı vasitəçi ola bilər. Tramp, ehtimal ki, yeni nüvə razılaşması imzalamaq şansından qaçmayacaq və yalnız bir meyara sahibdir: Obamadan daha olduğunu iddia edə bilməlidir. Putin, şübhəsiz ki, Tramp daha çox şey istəyirsə (məsələn, müqavilənin sona çatma müddətinə güzəştlər və s.) ilə iranlılara daha çox iqtisadi rahatlıq və investisiyalar verməli olacağını söyləyəcək.
Tramp üçün bu bir təbiidir və xüsusilə seçki ilindəyeni saziş istəyini nəzərə alaraq, prezidentin çevrəsi ona bir neçə sadə, lakin açıq hədləri bəxş etməlidir: “qürub”la əlaqədar müddəaları ən azı 15 il uzatmaq, 2030-dan 2045-ə; xüsusilə açıqlanmamış nüvə anbarlarına dair daha çox şəffaflığı təmin etmə; sınaqlarında istifadə olunan bütün qurğu və avadanlıqları məhv etmə; Yaxın Şərqdə mövcud raketlərə İranın modernləşdirmə və s. son qoyulması.
Trampın Putinin cazibəsinə düşməsi İran təhdidinin qarşısını almaq üçün yolunju təqdim edə bilsərsə, bu, istehza da sayılmalıdır.
Dennis Ross “Washington Post”, 11.01.2020 Tərcümə: Strateq.az
Sorğu
Yeni dizaynımız necədir?