Pilotsuz Uçan Aparatlar (PUA) Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına hücuma cəhd edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumatda eyni zamanda Xmeymim hava limanını da hədəf alındığı, PUA-ların Rusiya hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyi bildirilib.
Məsələ ilə əlaqədar açıqlama verən Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiq edib. Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin bazaya hücuma cəhd edən 3 ədəd PUA-nı təsbit etdiyi qeyd olunub.
Hücumun kim tərəfindən təşkil olunduğu açıqlanmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?