Vaşinqton 7 avqust 2018-ci ildə İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiyalar tətbiq edib.
Buna görə də İranın ixrac etdiyi təbii qaz və elektrik enerjisinə görə İraqdan alacağı beş milyard dollar (təxminən, səkkiz milyard AZN - red.) İraq Mərkəzi Bankında qalıb.
Bu barədə rəsmi İRNA agentliyinə danışan İran Neft Məhsulları İxracatçıları Birliyinin sözcüsü Həmid Hüseyni bildirib.
İran və İraq arasındakı qarşılıqlı ticarət dövriyyəsinin son aylarda İraqdakı hadisələrə görə kəskin azaldığını deyən Hüseyni, buna baxmayraq 10 ayda səkkiz milyard dollarlıq (təxminən, 13.6 milyard AZN - red.) mal ixrac etdiklərini deyib.
Qeyd edək ki, İran Mərkəzi Bankının da sanksiyalara məruz qalmasına görə beynəlxalq ticarətdə çətinliklərlə üzləşib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?