ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri, demokrat Adam Şiff prezident Donald Trampın Alyaska ştatını Rusiyaya geri qaytarmaq niyyətində olduğunu iddia edib.
Konqresmen Şiff belə iddianı Senatda Trampın impiçmenti prosedurunda səsləndirib, özü də tamamilə ciddi olaraq.
“O, növbəti seçkilərdə dəstək almağın əvəzində Alyaskanı ruslara təklif edə bilər və ya daimi əsasla Mar-a-Laqoya köçərək (Trampın Florida ətrafındakı malikanəsi orada yerləşir) ölkənin idarəçiliyini kürəkəni Cared Kuşnerə ötürə bilər. Və ona səlahiyyət verər ki, İranla müharibəyə başlasın, ya yox”,-Adam Şiff bildirib. Trampın barəsində irəli sürülmüş iki ittiham üzrə Senat yekun qərarını sabah fevralın 5-də çıxaracaq. Senatda respublikaçılar çoxluq təşkil etdiyi üçün Trampın vəzifədən kənarlaşdırılması real deyil.
“Alyaskanın ruslara qaytarılması planı” isə bu günlərdə rusiyalı telefon xuliqanları Vovan və Leksusun (Vladimir Kuznetsov və Aleksey Stolyarov) ştat qubernatoru Mayk Danlivlə telefon danışığı zamanı gündəmə gəlib. Həmin telefon danışığının “çoxdan baş tutduğu və arxivdə saxlanıldığı” bildirilirdi. Xuliqanlar özlərini Ukraynanın baş naziri Vladimir Qroyssman və ABŞ-dakı səfiri Valeri Çalovoy kimi təqdim ediblər. Onlar qubernatora xəbərdarlıq ediblər ki, Donald Tramp və Vladimir Putin “gizli pakt” imzalayıblar. Həmin “pakta” əsasən saxta referendumla Alyaskanın Rusiyaya birləşdirilməsi nəzərdə tutulur. “Torpaq onların ayaqlarının altında od tutub yanacaq”,-qubernator kədərlə vəd edib və bu “qiymətli informasiyaya” görə “ ukraynalılara” təşəkkür edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?