Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov təhqir və təhdidlərə məruz qaldığını bildirib.
Bu barədə lenta.ru məlumat yayıb.
“Sizin hərbçilərin kəllələrindən göydələnlər quracayıq”, “Axıtdığınız hər damla qan üçün cavab verəcəksiniz” kimi təhdidlər alıram”, -deyə diplomat bildirib.
Nəşr yazır ki, səfir öz təhlükəsizliyindən narahat deyil, lakin Türkiyə və Rusiya xalqları arasında nifrətin yaranmamasını istəyir.
“Belə abu-hava iki ölkə arasında mövcud olan münasibətləri təhlükə altına sala bilər”, - deyə Yerxov əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?