“İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər. Təbii ki, ölkədə bu gün də vəziyyət nəzarət altındadır, lakin yenə də İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı yoxdur”.
Gundemxeber.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, Azərbaycanda epidemiyaya qarşı profilaktik tədbirlər gücləndirilib: “Ona görə də hələlik İrandan Azərbaycan üçün təhlükə olacağını gözləmirəm. Çünki xəstələnmiş insanların hamısı nəzarət altında saxlanılır və yoxlandıqdan sonra buraxılır”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur:
“Bütün sərhəd keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır. Koronavirusun yayıldığı ərazilərə gedərkən xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Əgər təmas məcburiyyəti olarsa belə qoruyucu maskalardan istifadə zəruridir. Müntəzəm şəkildə əllər yuyulmalı, yoxlanılmış qida məhsullarından istifadə edilməli və gedəcəkləri ərazi haqqında əvvəldən məlumatlı olmalıdırlar”.
Qeyd edək ki, İranda koronavirusdan ölənlər var.
Məlumat üçün bildirək ki, Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?