BEYRUT – Azı 34 türk əsgəri Suriyanın İdlib vilayətində hava zərbəsi nəticəsində öldürülüb. Bu barədə Suriya İnsan Haqları Müşahidəçiləri qrupu xəbər yayıb.
Suriya və Rusiya qüvvələrinin hücumları ilə üzləşən İdlibdəki üsyançıları müdafiə etmək üçün Türkiyə hökuməti ötən həftələrdə əraziyə minlərlə qoşun və texnika göndərib.
Bundan əvvəl Türkiyənin müdafiə nazirliyi şənbə günü bildirmişdi ki, Suriyanın İdlib vilayətində Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin bomba hücumu nəticəsində bir Türkiyə əsgəri öldürülüb. Bu, Ankara ilə Moskva arasında danışıqların dayandırıldığı bir ay ərzində öldürülən 16-cı Türkiyə əsgəri idi.
Nazirlik bildirmişdi ki, Türkiyə qüvvələri geri çəkilib və rejimin 21 hədəfini məhv edib. Onlar öldürülən əsgərin tank mexaniki olduğunu və xəstəxanaya aparılarkən həyatını itirdiyini bildirmişdilər.
Türkiyə Rusiyanın dəstəyi ilə Suriya qüvvələrinə qarşı müharibəyə doğru irəlilədikcə Ankara Moskva ilə qurulan dostluq planlarının pozulması təhlükəsi səbəbi ilə ABŞ və Avropa müttəfiqlərindən dəstək istəyib. Bu dönüş Türkiyəyə doğru kütləvi şəkildə yönəlmiş qaçqın dalğası və Suriyada Türkiyənin dəstəklədiyi üsyançıların məğlub olması təhlükəsi artmağa başladıqdan sonra yaranıb.
Bu səbəbdən rəsmi Ankara Vaşinqtondan Suriya sərhəddində bir cüt Patriot raket əleyhinə batareyanın yerləşdirilməsi üçün müraciət edib. Türkiyə ABŞ-ın idarə etdiyi Patriotlara Suriyadakı üsyançıların son dayağı olan İdlibə hücumu dəstəkləyən Rusiya hava hücumlarından qorunmaq üçün ehtiyacı var. Türkiyə həmçinin Avropa müttəfiqlərindən gələ biləcək oxşar dəstəyi qəbul etməyə hazır olduğuna dair siqnal verib.
Suriyalı qaçqınlar Türkiyə sərhədinə üz tutub. BMT Suriyanın şimal-qərb İdlib vilayətində 1.1 milyon insana humanitar yardım üçün 500 milyon dollarlıq vəsaitə ehtiyac olduğunu bildirib.
1 milyondan artıq insan İdlibdən çıxa bilmir. 900,000 nəfərin evlərini tərk etdiyi bildirilir. BMT son 2 ay ərzində İdlibdə vəziyyətin ciddi xarakter aldığını bildirir.
Rusiyanın dəstəklədiyi Əsəd qüvvələrinin rəqib döyüşçülərin son istehkamı olan İdlibi ələ keçirməsi cəhdləri insanların Türkiyə sərhədlərinə sığınması ilə nəticələnib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?