Fevralın 23-də Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan türk fəal Əli Əzizinin Təbriz Ettelaat İdarəsinin həbsxanasına köçürüldüyü barədə məlumat yayılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV-nin saytı bu bərədə məlumat yayıb.
Fevralın 23-də Urmiyə şəhərində evində tutulan milli fəal fevralın 27-də ailəsi ilə qısa telefon görüşməsində Təbriz Ettelaat İdarəsinin həbsxanasına köçürüldüyünü bəyan edib.
Güneyli fəal Əli Əzizi ailəsi ilə telefon görüşməsində ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olduğunu bildirib.
Yayımlanan məlumata əsasən, təhlükəsizlik qüvvələri güneyli fəalı həbs edərkən məhkəmə qərarı göstərilmədən qanunsuz şəkildə evə hücum ediblər.
Əli Əzizi daha öncə də dəfələrlə fəaliyyətlərindən ötrü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.
İranda ötən il noyabr ayında benzinin qiymətinin yüksəlməsinin ardınca başlayan etirazlar zamanı milli fəal Urmiyədə təhlükəsizlik qüvvələrinin onun iş yerinə etdikləri hücumda saxlanılaraq, daha sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.
Əli Əzizi 2015-ci ilin iyununda İnqilab Qvardiyasının təhlükəsizlik qüvvələri tərəfindən rejimə qarşı təbliğat aparmaq ittihamı ilə saxlanılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?