GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Prinsipsiz Paşinyanın prinsipləri...

Prinsipsiz Paşinyanın prinsipləri...

Tarix: 28-02-2020, 14:10 Bölmə :Dünya Baxış: 368
Prinsipsiz Paşinyanın prinsipləri...


Münhen debatından sonra Ermənistanın baş naziri ölkəsinə dönən kimi “ Münhen prinsipləri” adlanan 6 prinsip irəli sürdü və erməni mətbuatı bu prinsipləri bu günədək təkra-təkrar tirajlayır və hesab edirlər ki, bu “prinsiplər”i hamı qəbul etməlidir, o cümlədən Azərbaycan da. Təəssüf ki, hüquqi və tarixi aspekti ilə yanaşı siyasi baxımdan da zəif və məntiqsiz bu prinsiplərin cavabı ən azı diplomatiyamız tərəfindən indiyədək verilməyib.

Paşinyanın “Münhen prinsipləri”nin dərin təhlilə ehtiyacı yoxdur

1-ci prinsip: “Azərbaycan necə müstəqillik qazanıbsa Dağlıq Qarabağ da elə müstəqillik qazanıb”.
- SSRİ müttəfiq respublikaların ittifaqından yaranmış dövlət idi və Konstitusiyaya görə məhz müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxıb müstəqil olmaq hüququ vardı. Müttəfiq respublikaların tərkibində aşağıdakı tərkibdə respublikalar mövcud olub. RSFSR-in tərkibində 16 , Gürcüstanda 2, Azərbaycanda 1, Özbəkistanda 1 muxtar respublika olub və bu qurumların belə bir hüququ olmayıb. Bu gün yalnız Abxaziya Muxtar respublikası Rusiya tərəfindən işğal olunub. RF, Azərbaycan, Özbəkistanda mövcud olmuş muxtar respublikalar və Gürcüstandakı Acariya muxtar respublikası müstəqillik qazanmış dövlətlərin tərkibində qalmaqdadırlar.
Müttəfiq respublikaların tərkibində 8 muxtar vilayət olub: 5-i RSFSR tərkibində, 1-Azərbycanda, 1-Gürcüstanda, 1-Tacikistanda.
SSRİ dağıldıqdan sonra heç bir müttəfiq respublikanın tərkibindəki muxtar vilayətlərə avtomatik olaraq müstəqillik verilməyib. Yalnız Gürcüstanda Cənubi Osetiya və Azərbaycanda Dağlıq Qarabağ muxtar vilayətləri Rusiyanın köməyi ilə separat rejimlər qurublar və beynəlxalq hüquqa görə muxtar respublikalar və muxtar vilayətlərin əraziləri tərkibində olduqları dövlətin suveren ərazisidir.
Müttəfiq respublikalar SSRİ tərkibindən çıxdığını elan edən kimi qısa müddətdə BMT hər birinin mövcud ərazisi ilə üzvlüyə qəbul etmiş və o əraziləri müstəqillik qazanmış dövlətlərin ərazisi kimi də tanıyır. Belə bir hal SSRİ-nin tərkibində olan heç bir muxtar respublikaya və muxtar vilayətə tanınılmayıb.

2-ci prinsip: “ Dağlıq Qarabağ münaqişənin və danışıqların tərəfidir, onunla danışıqlar aparmadan
münaqişəni həll etmək mümkün deyil”.

-Bu məsələdə xüsusi bir inadkarlığımız yoxdur. Dağlıq Qarabağ ətrafı işğal olunmuş ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən tərk olunan kimi Dağlıq Qarabağı indi idarə edən separatçılarla mütləq danışıqlar aparılacaq. Danışıqlar formatı yalnız bu halda dəyişə bilər.

3-cü prinsip: “Ərazi yox, təhlükəsizlik var: Dağlıq Qarabağ öz təhlükəsizliyini güzəşt edə bilməz”.

Ərazi yox, təhlükəsizlik varsa, bu ilk növbədə Azərbaycana aiddir, çünki artıq bu təhlükə bizim üçün baş verib. Bu təhlükəni aradan qaldırmaq, yəni ərazimizi kənar silahlı qüvvələrdən təmizləmək ilk növbədə bizim təhlükəsizlik məsələmizdir. Bu hansı məntiqə sığır ki, Dağlıq Qarabağın 100 min erməni əhalisi öz təhlükəsizliyindən ötrü 700 min Azərbaycan vətəndaşını yerindən-vətənindən zorla, silahla qovub çıxarır? Bu ərazilər ilk növbədə Azərbaycanın təhlükəsizliyidir. Azərbaycan da torpaqlarını, ərazilərini güzəşt edə bilməz.

4-cü prinsip: ”Münaqişəni bir və ya iki hərəkətlə həll etmək mümkün deyil: danışıqlar prosesində "mikro inqilab", sonra "mini inqilab", sonra da bir irəliləyiş lazımdır.
Bu prinsip daha çox Paşinyanın ölkdaxili problemlərilə bağlı olduğunu əks etdirir.

5-ci prinsip: Münaqişənin istənilən həlli Ermənistan xalqı üçün, Dağlıq Qarabağ xalqı üçün,

Azərbaycan xalqı üçün məqbul olmalıdır və Ermənistan və Qarabağ belə bir həll yolu tapmaq üçün ciddi səy göstərməyə hazırdır. Azərbaycan da belə hazırlıq göstərməlidir.
İlk baxışdan Azərbaycanın da maraqlarının nəzərə alınması görüntüsü var. Amma, münaqişənin həlli ilə əlaqədar Paşinyanın bu günədək açıqlamalarında Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasından kənar öz müqəddəratını həll etməlidir fikri səslənib. Və ya “Qarabağ Ermənistandır” deyib. Yəqin,Paşinyan hesab edir ki, iki, ya üç rayon qaytarılarsa Azərbaycanın maraqları təmin olmuş olacaq. Azərbaycanın maraqları yalnız ərazi bütövlüyü çərçivəsində olmalıdır və artıq Azərbaycan Minsk Qrupuna, bütün dünyaya konkret vaxt qoymalıdır. Əks halda... Əks haldanın nə olacağını Paşinyan da bilir və 6-cı prinsip də ona həsr olunub.

6-cı prinsip: “Dağlıq Qarabağ məsələsinin hərbi həlli yoxdur. Kimsə məsələnin hərbi yolla həll
olunduğunu söyləsə, Qarabağ xalqı deyəcək ki, o çoxdan həll olunub. "

Söhbət müharibədən gedir və Paşinyanın prinsipinə görə bu olmayacaq. Azərbaycan bu arxayınçılığı bir an belə olsun düşmənə verməməlidir. Və yuxarıda dediyimiz kimi, vasitəçi dövlətlər və BMT qarşısında 26 illik nəticəsiz sülh danışıqlarının sonsuza qədər davam etməyəcəyini sərt şəkildə bildirməli və vaxt qoyulmalıdır. Ölkəni isə hərbi-psixoloji vəziyyətə hazırlamalıdır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb

    Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını ...

    17-02-2020, 15:34

  • 
  • “Vecimizə deyil, Qarabağı da Rusiyaya birləşdirəcəyik”

    “Vecimizə deyil, Qarabağı da Rusiyaya ...

    3-04-2014, 11:59

  • 
  • Əli Əhmədov: "İlham Əliyev Münhen debatında Paşinyan üzərində qəti qələbə qazandı"

    Əli Əhmədov: "İlham Əliyev Münhen debatında ...

    18-02-2020, 12:00

  • 
  • "Rayonları qaytarmadan sülh olmayacaq" - İRƏVANDA MÜZAKİRƏ

    "Rayonları qaytarmadan sülh olmayacaq" ...

    27-08-2017, 13:47

  • 
  • “O qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır” – Paşinyan

    “O qədər güclüyük ki, bizimlə döyüşmək ...

    2-09-2019, 16:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu