Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 422, bu virus səbəbindən ölənlər isə 2 min 984 nəfərə çatıb.
Gundemxeber.Az xəbər verir ki, ötən sutka ərzində 119 yoluxma, 39 ölüm faktı qeydə alınıb.
İndiyədək 49 min 914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6 min 416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 36 min 432 nəfər tibbi nəzarət altındadır.
Çindən başqa, 75 ölkədə 10 mindən çox yoluxma, 166 ölüm faktı qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?