Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan Qarabağda 2016-cı ilin Aprel döyüşləri ilə bağlı yaradılmış komissiyaya çağırılacaq.
Bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşr Sarqsyanın “dindiriləcəyi” tarixi də açıqlayıb - ehtimal ki, onun iştirakı ilə parlament komissiyasının iclası aprelin əvvəlinə qədər keçiriləcək. İclas qapalı olacaq.
Keçmiş prezidentin komissiyaya çağırılması təklifi bu qurumun rəhbəri, müdafiə və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan tərəfindən dəfələrlə irəli sürülüb.
Bundan əvvəl komissiyaya keçmiş Müdafiə naziri Seyran Ohanyan və Baş Qərargah rəisi Artak Davtyan çağrılıb.
Xatırladaq ki, komissiya 2019-cu ilin may ayında Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə yaradılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?