İranda koronavirusun yayılması nəticəsində ölkədə virusa yoluxanların ümumi sayı 15 min nəfərə çatıb.
İRNA xəbər agentliyinin yayımladığı məlumata əsasən, İranda virusa yoluxanların sayı 14991 nəfər, həlak olanların sayı isə 988 nəfər kimi göstərilib.
İranın Səhiyyə Nazirliyinin sözçüsü Kəyanuş Cahanpur martın 16-da son statistikaları açıqlayıb. Cahanpur deyib ki, son 24 saatda fəaliyyət göstərən 56 laboratoriyadan toplanan məlumata əsasən, 1053 yeni xəstə təsbit edilməsi ilə birlikdə ümumilikdə yoluxma sayı 14991 nəfərə çatıb. O, son 24 saatda 129 nəfərində həlak olduğunu, ölənlərin sayının 853 nəfər olduğunu bildirib.
Şərqi Azərbaycan vilayəti və onun mərkəzi olan Təbriz şəhərində isə böhranlı vəziyyət davam edir. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb. Təbriz Tibb Elmləri Universitetinin direktoru və Şərqi Azərbaycan vilayətinin səhiyyə şöbəsinin rəhbəri olan doktor Somi bu günə qədər koronavirusundan dolayı Şərqi Azərbaycanda həyatını itirənlərin sayının 32 nəfər və yoluxanların sayının isə 409 nəfər olduğunu bildirib. Sominin sözlərinə görə, yoluxmanın hal-hazırda artım tendensiyası ilə aprel ayının ortalarına qədər Şərqi Azərbaycan əhalisinin 9% -i koronavirusa yoluxacaq.
Urmiyə Tibb Elmləri Universitetinin direktoru və Qərbi Azərbaycan vilayətinin səhiyyə rəhbəri, Doktor Ağazadənin verdiyi məlumata görə, vilayətdə koronavirusa yoluxaraq həlak olanların sayı 12 və yoluxanların sayı isə 224 nəfərdir. Ağazadə statistikaya əsaslanaraq vilayətdə fövqəlavə vəziyyət elan olacağını deyib.
Ərdəbil vilayətinin Tibb Elmləri Universitetinin direktoru, doktor Qüdrət Əxəvan Əkbəri koronavirusa yoluxub. Ərdəbil vilayətinin son durumu barədə həmin vilayətin səhiyyə rəhbərliyinin müavini doktor Məhəmmədrza Babayinin verdiyi məlumata görə, Ərdəbil vilayətində koronavirusuna yoluxanlardan 20 nəfər həyatını itirib, yoluxanların ümumi sayı isə 184 nəfərə çatıb. Virusa yoluxanların əksəriyyəti Meşkinşəhr, Parsabad və Xalxal şəhərlərindədir, ayrıca Germi şəhərinin durumu getdikcə böhranlı vəziyyətə yaxınlaşır.
Zəncan vilayətində son durumla bağlı xəbərdə Zəncan Tibb Elmləri Universitetinin bildirişinə istinadən vilayətdə virusdan həlak olanların 13 nəfər və yoluxanların ümumui sayının isə 201 nəfər olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?