GundemXeber.Az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan deyib ki, İrəvandakı “Nork” Yoluxucu xəstəliklər klinik xəstəxanasında koronavirus xəstəsinin ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, 72 yaşlı xəstədə koronavirus xəstəliyi, habelə ikitərəfli sətəlcəm, çoxsaylı orqan çatışmazlığı, tənəffüs çətinliyi sindromu, qan təzyiqi və ürək ritminin pozulması halları da var.
A.Nikoqosyanın sözlərinə görə, xəstə dünəndən bəri reanimasiya şöbəsində yerləşdirilib və vəziyyətinin son dərəcə ağır olub.
Onu da qeyd edək ki, 26 mart cümə axşamı günü saat 10:00-a olan məlumata görə, Ermənistanda 290 koronavirus xəstəsi qeydə alınıb. Onlardan 36 nəfərinə sətəlcəm diaqnozu qoyulub, iki xəstənin vəziyyəti olduqca ağırdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?