GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İtaliyanın cənubunda koronavirusun sürətlə yayılması qorxusu

İtaliyanın cənubunda koronavirusun sürətlə yayılması qorxusu

Tarix: 27-03-2020, 16:47 Bölmə :Dünya Baxış: 397
İtaliyanın cənubunda koronavirusun sürətlə yayılması qorxusu


Koronavirusa ən çox məruz qalmış İtaliyada ölüm və yoluxmaların sayının kəskin azalması müşahidə olunduğu bir vaxtda ölkənin cənubunun növbəti qaynar nöqtəyə çevrilə biləcəyi narahatlığı artır.

Şimalda yerləşən Lombardia bölgəsindən son rəqəmlər epidemiyanın episentrdə zəifləyəcəyini güman etməyə əsas verir.

Lakin yoxsul cənub bölgələrində ölüm hallarının sayı kəskin artmaqdadır, bu da səhiyyə xidmətinin üzərinə düşən yükün qat-qat artacağı ilə bağlı narahatlıq yaradır.

İtaliyada koronavirusdan 8215 ölüm və 80589 təsdiqlənmiş yoluxma hadisəsi qeydə alınıb.

Avropada koronavirusa ən ağır tərzdə məruz qalmış ölkə məhz İtaliyadır.

Ölkədə demək olar ki, bütün obyektlər iki həftə müddətinə bağlanıb və camaata evlərində qalmaq göstərişi verilib.

İtaliyanın cənubunda nə baş verir?

Cənubda yoluxma və ölüm halları daha az olub, Lakin səhiyyə sisteminin zəif olduğu Campania və Lazio kimi bölgələrdəki vəziyyət narahatlıq doğurur.

İndiyə qədər Campaniada 74, Lazioda 95 ölüm hadisəsi qeydə alınıb.

Baş nazir Giuseppe Conte-yə yazdığı açıq məktubunda Campania bölgəsinin prezidenti Vincenzo De Luca, mərkəzi hökumətin vəd etdiyi süni nəfəs aparatlarının və insan həyatını xilas etmək üçün lazım olan digər avadanlığın təmin olunmamasından şikayət edib.

"İndiki məqamda Lombardia faciəsi cənubda təkrarlana bilər. - o deyib. - Biz infeksiyaların genişlənməsinin astanasındayıq".

Cümə axşamı, cənab Conte İtaliya senatında bildirib ki, bütün Avropa koronavirusla bağlı fövqəladə vəziyyətdən sonra "ağır və kəskin" bir tənəzzülə uğrayacaq və bu zərbəyə tab gətirmək üçün "fövqəladə və müstəsna ölçülər" görülməlidir.

Təhlilçilərin qənaətinə görə, İtaliyada tətbiq edilən sərt tədbirlər ölkəni son onilliklərin ən dərin tənəzzülünə yuvarlada bilər. Bu arada isə Baş nazir Conte ölkə iqtisadiyyatı üçün 25 milyard avro məbləğində ikinci stimullaşdırıcı paket vəd edib.

Avropanın başqa yerlərində nə baş verir?

Koronovirusun ən ağır təsirinə məruz qalmış Avropanın ikinci ölkəsi olan İspaniyada, gün ərzində ölənlərin sayı bu həftə ilk dəfə olaraq azalıb.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4635-ə çatıb.

Çərşənbə günü ölənlərin sayına görə İspaniya Çini ötüb.

Bu arada İspaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 57786 nəfərə çatıb.

Cümə axşamı günü İspaniya parlamenti insanların hərəkəti ilə bağlı məhdudiyyətləri ən azı 12 aprel tarixinə qədər uzadıb.

"Düşünürəm ki, virusa qarşı yeganə səmərəli çarə sosial təcriddir", - Baş nazir Pedro Sanchez deyib.

Digər yerlərdə vəziyyət:

Rusiya cümə günündən etibarən beynəlxalq reysləri dayandıracağını və paytaxt Moskvada şənbə günündən etibarən aptek və ərzaq dükanlarından başqa bütün mağazaların bağlanacağını bildirib.

Almaniyada koronavirusdan nisbətən aşağı ölüm statistikası, testlərin çox sayda aparılmasına görədir, Berlindəki Charite universiteti hospitalının virusologiya institutunun rəhbəri Christian Drosten deyib.

Fransada koronavirusdan 1696 ölüm hadisəsi qeydə alınıb. Prezident Emmanuel Macron ordunu ölkəyə kömək etməyə çağıracağını bildirib. Hökumət sözçüsü isə 15 günlük karantin tədbirlərinin uzadıla biləcəyini qeyd edərək, buna dair qərarın "yaxın günlərdə" qəbul ediləcəyinin gözləndiyini bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da koronavirusdan ikinci ölüm hadisəsi qeydə alındı

    ABŞ-da koronavirusdan ikinci ölüm hadisəsi qeydə ...

    2-03-2020, 10:06

  • 
  • Britaniyada koronavirusdan ölənlərin sayı 4-ə çatıb

    Britaniyada koronavirusdan ölənlərin sayı 4-ə ...

    10-03-2020, 11:54

  • 
  • Cənubi Koreyada koronavirusa yoluxma halları ən yüksək səviyyəyə çatıb

    Cənubi Koreyada koronavirusa yoluxma halları ən ...

    24-02-2020, 10:58

  • 
  • Ermənistanda ilk koronavirus halı qeydə alınıb, Avstraliya, Tailand ilk ölüm hallarını təsdiq edib

    Ermənistanda ilk koronavirus halı qeydə alınıb, ...

    2-03-2020, 10:30

  • 
  • Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

    Çində koronavirusa yoluxanların və ölənlərin sayı ...

    7-03-2020, 10:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu