Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən iki deputat koronavirusa yoluxub.
Gundemxeber.Az xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlmək istəyirmiş. Bunun üçün koronavirus testindən keçiblər və nəticə müsbət olub. Ona görə də parlamentdəki hakim “Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyiblər.
Bu hadisə Ermənistan parlamentinin üzvləri arasında təşvişə səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?