GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"

BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"

Tarix: 3-04-2020, 14:19 Bölmə :Dünya Baxış: 324
BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"


"Yalnız səyləri bir araya gətirməklə dünya xalqları COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklər".

Bu barədə BMT baş katibi Antonio Quterreş COVİD-19-la bağlı yazdığı məqaləsində bildirib.

O deyib ki, ötən cümə axşamı fövqəladəvirtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar: "Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq. İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100,000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu; tezliklə hər gün 100,000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlərolmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək".

Baş katib yazır ki, ən pis ssenariyə hazır olmalı və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik: "Elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətə çağırışı sizinlə bölüşmək istəyirəm. Birincisi, koronavirusun ötürülməsini dayandırın. Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.

Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir; xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.

İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq. Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər.

Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq. BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib.

Qlobal Ümumi Daxili Məhsulun ikirəqəmli faizinə bərabər müfəssəl cavab tədbilərinə ehtiyac var. İnkişaf etmiş ölkələr bunu özləri edə bilər və bəzilərihəqiqətən də edirlər. Eyni zamanda xüsusi borc hüquqlarının verilməsi yolu ilə biz BVF-in imkanlarını genişləndirməli, habelə resurslarını ehtiyacı olanölkələrə sürətlə yatıra bilməsi üçün digər beynəlxalq maliyyə qurumlarının imkanlarını ciddi şəkildə artırmalıyıq. Bilirəm ki, bu çətindir, çünki ölkələr hazırda daxili xərclərini rekord səviyyədəartırmaqdadırlar. Virusa nəzarət etməsək, çəkdiyimizxərclərin bir faydası olmayacaq. Mərkəzi banklar arasında aktivlərin razılaşdırılmışmübadiləsi də inkişaf etməkdə olan ölkələrə likvidlik imkanı aça bilər. Borcların azaldılması da prioritet olmalı, o cümlədən 2020-ci il üçün faizlərdən dərhal imtina edilməlidir.

Üçüncüsü, effektli bərpa prosesini keçirin. Böhrana qarşı aciz qalan cəmiyyətlərimizlə COVID-19-dan əvvəl olduğumuz nöqtəyə qayıda bilmərik. Pandemiya, ən sərt şəkildə, səhiyyə sistemlərində, sosial müdafiə və ictimai xidmətlər sahəsində boşluqlara görə ödədiyimiz qiyməti xatırlatdı. Formaliqtisadiyyatın gözə görünməyən və ödənilməyən əmək fonunda dayanmasını təmin edən bərabərsizliyi, ələlxüsus gender bərabərsizliyini bariz şəkildə nümayiş etdirdi. Mövcud vəziyyət qadınlara qarşı stiqma və zorakılıq da daxil olmaqla davam edən insan haqları problemlərinə bir daha işıq saldı. Bu gün pandemiya, iqlim dəyişikliyi və digər qlobal problemlər qarşısında daha dayanıqlı, daha inklüziv və güclü iqtisadiyyat və cəmiyyət qurmaq səylərimiziikiqat artırmağın vaxtıdır. Bərpa prosesi fərqli bir iqtisadiyyata yol açmalıdır.

2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri yol xəritəmiz olaraq qalır. Ölkələrin cavab tədbirlərini dəstəkləməklə, tədarük zəncirlərimizi dünyanın ixtiyarına verməklə və qlobal atəşkəsi təşviq etməklə Birləşmiş Millətlər Təşkilatı sistemi bütövlüklə səfərbər olmuş vəziyyətdədir. Pandemiyaya hər yerdə son qoymaq həm mənəvi, həm də dərk etdiyimiz maraq məsələsidir. Bu qeyri-adi vaxtda öyrəşdiyimiz vasitələrdən istifadə edə bilmirik. Fövqəladə hal fövqəladə tədbirlər tələb edir. Hamımızdan və hamımız üçün qətiyyətli, razılaşdırılmış və yenilikçi hərəkət tələb edən böyük bir sınaqla üzləşmişik". //Report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT-nin baş katibi: Dünya koronavirusa qarşı mübarizədə əməkdaşlıq etməlidir

    BMT-nin baş katibi: Dünya koronavirusa qarşı ...

    28-03-2020, 20:25

  • 
  • BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü alqışladı

    BMT-nin baş katibi Əliyev-Paşinyan görüşünü ...

    30-03-2019, 10:56

  • 
  • Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda qərar verib

    Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda ...

    28-11-2018, 11:22

  • 
  • BMT-nin baş katibi Azərbaycana gəlir

    BMT-nin baş katibi Azərbaycana gəlir ...

    7-04-2016, 20:33

  • 
  • İlham Əliyev: "Qondarma Dağlıq Qarabağ respublikasının "konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum"u qeyri-qanunidir"

    İlham Əliyev: "Qondarma Dağlıq Qarabağ ...

    18-02-2017, 20:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu