Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın tam sağalıb.
Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, pasiyentin ümumi vəziyyəti yaxşıdır: “O, xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Qadın artıq tam sağalıb və bir neçə saatdan sonra evə buraxılacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?