Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 5 138 nəfər artaraq 52 167-yə yüksəlib.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, indiyədək 1 101 ölüm (son 24 saatda 95), 2 965 sağalma halı (542) qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,5 milyon yoluxma halı, 92,7 mindən çox ölüm halı təsdiqlənib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?