Rəsmi İrəvan Türkiyənin Şərqi Anadolu vilayətini Qərbi Ermənistan elan edib və vətəndaşlıq müraciətlərini qəbul etdiklərini açıqlayıb.
Bu iddianı Əsassız Erməni İddialarına Qarşı Beynəlxalq Mübarizə Assosiasiyasının (ASİMDER) prezidenti Göksəl Gülbəy irəli sürüb.
Gülbəyin Türk mətbuatına verdiyi açıqlamasına görə, erməni diasporası 100 ildən artıqdır ki, Türkiyənin Şərqi Anadolu və Cənub-Şərqi bölgələrindəki 20 şəhərə iddia edir və bu əraziləri “Qərbi Ermənistan” olaraq adlandırır: “Bu torpaqda hüquqlarının olduğunu bildirən erməni diasporu artıq xəyallarını reallaşdırmaq üçün hərəkətə keçib”. Gülbəy iddia edir ki, onlar artıq növbəti qondarma erməni hökumətini qurublar və Armenak Abrahamyanı “prezident”, Karnig Sarkissyan isə “Baş nazir” təyin ediblər: “Ermənistanın paytaxtı İrəvanda üçüncü toplantısını keçirən qondarma hökumət ilk vətəndaşı olan Garo Agopyana şəxsiyyət vəsiqəsi verib.”
Bəzi türkiyəlilərin də “Qərb Ermənistan” vətəndaşlığı almaq üçün müraciət etdiklərini bildirən ASİMDER rəhbəri Azərbaycanda eyni addımı atanların olduğunu bildirib. "Sözdə Qərbi Ermənistan vətəndaşlığı almaq üçün açılan bəzi internet web səhifələri üzərindən 40 dollar qarşılığında müraciət edilir. Türkiyə də yaşayan xüsusilə kripto (gizli) ermənilər ilə erməni əslli Türk vətəndaşları vətəndaşlıq üçün müraciət ediblər. Bu gizli erməni diasporunun planlarını və fəaliyyətini deşifrə edən ASİMDER Ümumi Mərkəzinin bu addımları Türkiyə və Azərbaycandakı gizli erməni diasporunun uzantılarını narahat etmişdir. Bir an əvvəl bu qondarma “dövlətin” vətəndaşlığını alan gizli erməni diasporunun Türkiyə və Azərbaycandakı uzantılarına müdaxilə edilməlidir”. ASİMDER prezidenti Ovqat.com-a açıqlamasında Azərbaycandakı kripto ermənilər barədə də əlində dəqiq məlumatların olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?