İngiltərədə ürək problemi ilə doğulmuş 6 aylıq körpəyə koronavirus diaqnozu qoyulub.
Gundemxeber.Az xəbər verir ki, açıq ürək əməliyyatına ehtiyacı olan körpə qız hazırda Liverpul şəhərində müalicə alır.
“İnsanlar hələ də pandemiyanı ciddiyə almırlar və bu, məni təəssüfləndirir. Mən şəxsən bunu ciddiyə alıram. Sosial təcridetmədən öncə belə supermarketə gedərkən narahat idik, çünki qızımız viruslara qarşı həssasdır”, - 6 aylıq körpənin atası Ueyn Beyts bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 857 000-i ötüb. Bunların 428 335 nəfəri sağalıb, 114 334 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?