“Kəlbəcərə Qayıdış ” İctimai Birliyi xeyriyyəçi iş adamı, Mübariz Mənsimovun həbsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərib.
Müraciətdə göstərilir:
“Azərbaycan əsilli iş adamı, Palmalı Şirkətlər Qrupunun sahibi, vətənpərvər insan, ictimai xadim Mübariz Mənsimovun Türkiyədə həbs olunması ilə bağlı narahatçılığımızı Sizə çatdırmağı özümüzə borc bilirik. M.Mənsimov illərdi Türkiyədə çalışır, Türkiyənin iqtisadiyyatına öz töhfəsini verir, eyni zamanda Azərbaycan üçün də xidmət göstərir. O, Türkiyəni və Azərbaycanı eyni dərəcədə sevən bir insandı, həmişə iki qardaş ölkənin dostluğunun, əlaqələrinin möhkəmləndirilməsinə çalışıb. O, türk və islam dünyasının problemlərinə heç vaxt biganə qalmayıb, hər hansı bir problemin həlli üçün əlindən gələn köməyi göstərməyə çalışıb. M.Mənsimov Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalla, Qarabağ məsələsi ilə bağlı həmişə vətənpərvər mövqe tutub. İşğala, Ermənistana qarşı, sözdə “erməni soyqırımı” iddialarına qarşı fəal mücadilə aparıb.
Biz ” Kəlbəcərə Qayıdış ” İctimai Birliyi Mübariz Mənsimova qarşı cinayət işinin haqlı və ya haqsız olduğunu demək istəmirik. Türkiyə hüquq mühafizə sisteminin ədalətli işinə inanırıq. Sadəcə, M.Mənsimovun Azərbaycan, Türkiyə, bütün islam, türk dünyası qarşısında xidmətlərinin, Türkiyə və Azərbaycandakı xeyriyyəçilik fəaliyyətinin nəzərə alınmasını istəyərdik. Bir məsələ də nəzərə alınmalıdır ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək istəyən düşmənlərimizin təxribatı da ola bilər. Bütün deyilənləri nəzərə alalraq Mübariz Mənsimovun məhkəmə işini nəzarətə götürməyinizi, onun tezliklə azadlığa buraxılması üçün təşəbbüs etməyinizi xahiş edirik."
Sorğu
Yeni dizaynımız necədir?