Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa qərarının Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməməsi ilə bağlı açıqlama verib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə rəsmi feysbuk hesabında açıqlama verən nazir Türkiyə vətəndaşlarına və Ərdoğana göstərdikləri etimada görə minnətdarlıq bildirib.
“Küçəyə çıxma qadağası ilə bağlı verdiyim qərara millətimizin və cənab Prezidentimizin münasibəti mənə xəcalət verdi. Dövlətimiz və millətimizin keşiyində atdığımız addımlarda çatışmazlığımız bu iki iradə tərəfindən insani vəziyyət olaraq qəbul edilib səhvimizi düzəltmək haqqının verilməsi məsuliyyətimizi daha da artırdı. Allah xəcalət verməsin. Millətimizin yolunda xidmətə davam inşallah”,- deyə S. Soylu bildirib.
Qeyd edək ki, Süleyman Soylu 48 saatlıq komendant rejimi ilə bağlı verilən qərardan sonra yaşanan hadisələrə görə vəzifəsindən istefa vermişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?