“Türkiyədə daha 127 nəfər pandemiyanın qurbanı olub”.
Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 017 nəfərə çatıb.
“Bu gün 35 344 test aparılıb, 3 977 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 86 306 nəfərdir. Bu gün daha 1 523 pasiyent sağaldı, sağalanların ümumi sayı 11 976 nəfərdir”, - nazir qeyd edib.//Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?