Bazar günü Beynəlxalq Mətbuat Azadlığı Günündə beynəlxalq hüquq müdafiə qrupu olan Amnesty International Misirdə jurnalistlər və media nümayəndələrinə qarşı hücumlara dair hesabatını açıqlayıb.
“Mediaya basqılar təkcə jurnalistlərin ifadə azadlığının deyil, həm də ictimaiyyətin müstəqil informasiyaya çıxış imkanının pozulmasıdır. İfadə azadlığının və etibarlı informasiyanın əldə edilməsi imkanının təmin edilməsi cəmiyyətin etibarını qazanmaq və dezinformasiyaya qarşı mübarizə etmək üçün xüsusilə COVİD-19 səhiyyə böhranı zamanı böyük əhəmiyyət daşıyır”, Amnesty International öz hesabatında bildirib.
Təşkilatın bildirdiyinə görə, Misir təhlükəsizlik qüvvələri mart ayında Facebook səhifəsində hökumətin koronavirusla bağlı statistikasını sual etdiyinə görə bir jurnalisti həbs edilib.
Amnesty International jurnalistin bir ay xarici dünya ilə heç bir əlaqəsi olmadan naməlum bir yerdə saxlandığını bildrib. Bundan sonra jurnalist “saxta xəbərlər yaymaq” və “terrorçu təşkilata üzv olmaq” ittihamları ilə qarşılaşıb.
“2016-cı ildən onlarla jurnalist və media işçisi peşə vəzifələrini yerinə yetirdikləri, ya da öz fikirlərini ifadə etdiklərinə görə Misir rəsmiləri tərəfindən pozuntulara məruz qalıb”, təşkilatın Yaxın Şərq və Şimali Afrika bölməsinin direktoru Filip Lüter bildirib.
Misir rəsmiləri Amnesty International təşkilatının hesabatına münasibət bildirməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?