“Suriyaya qarşı hərbi əməliyyatları keçirəcək istənilən koalisiyada iştirak etməyə hazırıq”. APA-nın “TRT Haber” saytına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə bununla bağlı müvafiq addımlar atır və bütün mümkün ssenarilərə hazırdır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə ilə bağlı Senata təkliflərini irəli sürüb. Türkiyə isə Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi üçün öz ərazisindən istifadəyə razılıq verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?