Ukraynada daha 515 pasiyentdə koronavirus aşkarlanıb.
Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, son sutkada koronavirusdan 15 nəfər ölüb, 203 pasiyent sağalıb. Bununla da yoluxanların sayı 14 710-a, qurbanların sayı 376-ya, sağalanların sayı isə 2 909-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
İndiyədək 4 400 498 nəfərə COVID-19 diaqnozu qoyulub. Dünyada koronavirusdan 1 375 812 nəfər sağalıb, 275 329 nəfər isə virusdan ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sorğu
Yeni dizaynımız necədir?