GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ hökuməti: Mənsimovun şirkəti sanksiyaları pozur, Əsəd rejimi üçün neft daşıyır - TANKERLƏRİN ADLARI

ABŞ hökuməti: Mənsimovun şirkəti sanksiyaları pozur, Əsəd rejimi üçün neft daşıyır - TANKERLƏRİN ADLARI

Tarix: 21-05-2020, 12:00 Bölmə :Dünya Baxış: 270
ABŞ hökuməti: Mənsimovun şirkəti sanksiyaları pozur, Əsəd rejimi üçün neft daşıyır - TANKERLƏRİN ADLARI


ABŞ hökuməti ötən həftə dünya dənizçilik sənayesi, habelə energetika və metallurgiya sektorları üçün qanunsuz gəmiçilik və sanksiyalardan yayınma ilə bağlı tövsiyələrin yer aldığı konsultativ sənədi dərc edib.

ABŞ Xəzinədarlığı, Dövlət Departamenti və Sahil Mühafizə Xidməti tərəfindən hazırlanan birgə sənəddə Birləşmiş Ştatlar hökuməti tərəfindən 2018-ci ildə hazırlanmış təlimatı genişləndirir və yeniləyir. Sənəd ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib (https://www.state.gov/united-states-publishes-a-global-maritime-advisory-to-counter-sanctions-evasion-by-iran-north-korea-and-syria/)

Sənəddə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus tankerlərin ABŞ-ın İrana və Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları pozması da göstərilir. Həmin tankerlərin adları açıqlanır.

Konsultativ sənəd ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün fırıldaqçı hərəkətlər, habelə göstərilən sektorlarda işləyən şirkətlər və təşkilatlar üçün sanksiyalara əməl etməyə dair siyasət və prosedurlar əksini tapır.

“Olduqca mühümdür ki, özəl sektorda fəaliyyət göstərən təşkilatlar sanksiyaların təsiri altına düşmək risklərini etibarlı şəkildə dəyərləndirsinlər, zərurət yaranarsa öz nəzarət proqramlarında yol verilən hansısa boşluqları aradan qaldırmaq üçün tədbirlər görsünlər”,-konsultativ sənəddə bildirilir.

“Reuters” qeyd edir ki, bu tövsiyələr göstərilən sektorların aparıcı şirkətləri ilə bir neçə ay davam edən məsələhətləşmələrdən sonra dərc edilib.

Sənəddə deyilir ki, dünya ticarətinin 90 faizi dəniz daşımaları ilə bağlıdır. Ona görə də bədxahlar sanksiyalardan yayınmaqla mənfəət əldə etmək üçün yeni yollar axtarıb tapırlar, o cümlədən gəmilərin yerini təsbit etməyə imkan verən transponderləri söndürürlər, gəmilərin identifikasiyasında fiziki dəyişikliklər edirlər, sənədləri saxtalaşdırırlar, uydurma bayraqlardan istifadə edirlər və gəmilərin kimə məxsus olduğunu ayrıd etməyi çətinləşdirən mürəkkəb mülkiyyət sxemləri qururlar.

Sənəddə sanksiyalardan yayınma hallarını aşkara çıxarmaqda kömək edə biləcək bir sıra ümumi praktika da əksini tapıb, o cümlədən sanksiyalara əməl edilməsi proqramının institutlaşdırılması, sektorda fəaliyyət göstərən şirkətlərin öz müştərilərini tanıması, daşıma zəncirinin ətraflı araşdırıılması, gəmilərin bütün hərəkət marşrutu boyu monitorinqi və s. barədə tövsiyələr çatdırılır.

Sənəddə Şimali Koreya, İran və Suriya ilə əlaqəli dənizçilik fəaliyyətinə xüsusi yer verilir. Bildirilir ki, Şimali Koreya sanksiyalardan qaçmaq üçün gəmilərdə müxtəlif bayraqlardan istifadə edir. O cümlədən İran müxtəlif fırıldaqçı yollara əl atır. Məsələn, bu yaxınlarda İraq-İran əsilli biznesmen 2019-cu ildə Suriya üçün neft daşıdığına görə sanksiya altına düşmüş tankerin Tehran tərəfindən satın alınmasına kömək etdiyi üçün ABŞ-ın sanksiyası altına düşüb.

Sənəddə deyilir ki, ABŞ Suriya diktatoru Bəşər Əsədin və onun tərəfdarlarının öz xalqına qarşı vəhşikliklərini, qətliamlar törətməsini dayandırmaq üçün Dəməşqə, o cümlədən Suriya rejimi ilə əməkdaşlıq edən şirkətlərə və fərdi şəxslərə qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Lakin bir sıra situasiyalarda ABŞ-ın bundan əvvəl Suriya ilə əlaqəli dənizçilik fəaliyyəti ilə məşğul olduğunu müəyyənləşdirdiyi bir sıra operatorlar İran və Suriyaya yük daşıyan gəmiləri idarə etməkdə davam edirlər.

Məsələn, 2019-cu ildə “Zərifə Əliyeva” tankerinin Suriyadan neft və neft məhsulları daşıdığı müəyyən edilib. Həmin tanker əvvəllər Türkiyədə mənzillənmiş “Palmali Shipping” şirkəti tərəfindən istismar edilib.

Habelə sənədə görə “Palmali” şirkətinin donanması Suriya və sanksiya altında olan digər yuridiksiyalar arasında daşımaları həyata keçirib. O cümlədən “Palmali” şirkətinin kimyəvi maddələr daşımaq üçün nəzərdə tutulmuş “Lənkəran” tnankeri son 6 ay ərzində Suriyanın Tartus limanına iki dəfə yan alıb. Hər iki halda gəmi Rusiyanın Rostov limanından yola çıxıb, yolüstü İstanbul sahillərində dayanıb. ABŞ hökumətinin sənədinə əsasən “Lənkəran” tankeri son bir ildə azı 4 dəfə İran limanlarına daxil olub.

“Palmali” şirkətinin kimyəvi maddələr daşıyan iki digər tankeri-“Armada Explorer” və “Çingiz Mustafayev” isə bu il ərzində İran limanlarına daxil olublar. “Çingiz Mustafayev” tankeri habelə 2018-ci ilin noyabrında Suriyanın Tartus limanına yan alıb.

Qeyd edək ki, bir neçə il əvvəl ABŞ hökuməti və kəşfiyyatı “Palmali” şirkətinin tankerlərinin İŞİD terror qruplaşmasının Suriya və İraqda hasil etdiyi nefti daşımaqla məşğul olduğunu da açıqlamışdı. O cümlədən Rusiya “Palmali” şirkətinin İŞİD neftini daşıdığını bildirmişdi.//virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimovun "Məmməd Əmin Rəsulzadə" tankeri batdı

    Mübariz Mənsimovun "Məmməd Əmin ...

    14-08-2019, 10:12

  • 
  • SOCAR "Palmali"nin 10-dan çox gəmisini müsadirə etdi - MƏNSİMOVUN ŞİRKƏTİNƏ QADAĞA

    SOCAR "Palmali"nin 10-dan çox gəmisini ...

    16-01-2018, 14:33

  • 
  • Azərbaycanlı milyarderə ŞOK: Rusiya Mənsimovun 58 GƏMİSİNİ ƏLİNDƏN ALIR

    Azərbaycanlı milyarderə ŞOK: Rusiya Mənsimovun 58 ...

    1-12-2018, 09:04

  • 
  • Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı

    Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı ...

    12-07-2013, 00:02

  • 
  • ABŞ İrana qarşı sanksiyaları genişləndirib

    ABŞ İrana qarşı sanksiyaları genişləndirib ...

    24-03-2018, 10:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu