Rusiya Silahlı Qüvvələrində 6 mindən çox hərbçiyə koronavirus diaqnozu qoyulub.
Gundemxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri general Sergey Şoyqu açıqlayıb.
“Martın başından Silahlı Qüvvələrdə 6,5 min nəfərdə infeksiya aşkarlanıb, onlardan 4 300 nəfər sağalıb”, - nazir bildirib.
Qeyd edək ki, iyunun 2-nə olan məlumata görə, Rusiyada qeyd alınmış yoluxma hallarının sayı 423 741-ə çatıb. Onlardan 186 985 nəfər sağalıb, 5 037 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,3 milyonu ötüb. Bunların 2,9 milyon nəfərdən çoxu sağalıb, 377 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?