Bakı və 53 rayonda 11 000-dən artıq aztəminatlı ailə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 000 təlim keçmiş könüllüsü vasitəsilə mühüm qida və gigiyenik vasitələrdən ibarət bağlama əldə edib. Bu barədə Ameriak Beynəlxalq İnkişaf Agentliyi (USAİD) facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, Qızıl Ayparanın regional bölmələrinin əməkdaşları Bakı və rayonlarda narahat olan vətəndaşlardan 50 000 zəngə cavab verərək onlara təhlükəsiz və sağlam qalmaqları üçün tövsiyələr verib.
“USAID COVID-19 pandemiyasından əziyyət çəkən insanlara lazımi dəstək göstərmək üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaşlıq etməklə fəxr edir,” USAİD-in məlumatında qeydc edilir.
USAİD bununla yanaşıiyunun 3-də, öz üzvlərinin dəstəyi ilə Rotary Bakı paytaxtda yerləşən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə məxsus sığınacaqlara qida, təmizlik məhsulları və gigiyenik vasitələrdən ibarət bağlamalar çatdırıb.
“Həmin təşkilatlar 40-a yaxın qadın və uşağı sığınacaq və digər reabilitasiya xidmətləri ilə təmin edir. Avropa Ürəkləri adlı təşəbbüs çərçivəsində Rotary ilə tərəfdaşlığımızı genişləndirməklə fəxr edirik,” USAİD qeyd edir.
USAID-in Administratorunun Avropa və Avrasiya üzrə müavini Brok Birman bildirib ki, USAID benefisiarlarının (yardımdan bəhrələnənlər-red) da digərlərinə əl uzatmaqları ruhlandırır.
“Azərbaycanda bir qrup sahibkar qadın COVID-19-un səbəb olduğu çətinliklərlə üzləşən aztəminatlı ailələrə dəstək olmaq üçün bir araya gəlib," o qeyd edib.
“Layihə çərçivəsində Türkiyədə yaşayan 19 azərbaycanlı həkim cəlb olundu və COVID-19 pandemiyası zamanı Azərbaycanda konsultant kimi xidmət göstərmək üçün ölkəyə gətirildi. Həmin həkimlərdən ibarət komandalar iki həftə ərzində Bakı, habelə Gəncə, Ağdaş, Goranboy və Şəmkirdə dörd xüsusi müalicə xəstəxanalarında oldular. REACT-C19 layihəsinin həkimləri 400-dən çox səhiyyə işçisinə, o cümlədən həkimlər, tibb bacıları və yardımçı heyət üçün səhiyyə işçiləri, pasiyentlər və onların ailələri arasında infeksiyanın qarşısını almağa dair təlimlər keçiblər. Bu təlim COVID-19 xəstələrinin lazımı qayğı almasının ayrılmaz hissəsidir. Komandalar iyun ayının sonuna qədər daha çox xəstəxanalara baş çəkərək və daha çox səhiyyə işçiləri ilə görüşərək işlərinin davam etdirəcəklər,” USAİD facebook səhifəsində yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?