Rusiyada son sutka ərzində daha 8 404 nəfərdə koronavirus aşkarlanıb, 216 pasiyent vəfat edib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 493 657-yə, bu virusdan ölənlərin sayı isə 6 358-ə yüksəlib.
Bundan əlavə, indiyədək 252 783 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 234 516 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?