Xmelnitskidə kafedə kofe içərək karantini pozan Ukrayna Prezidenti Vladimir Zelenski cərimələnib.
Bunu ukraynalı lider Çerniqovda jurnalistlərlə söhbətləşərkən deyib.
“Maskanı çıxartmaq olar, belə daha yaxşı eşidilir, yoxsa Xmelnitskidəki kimi olacaq, mənə cərimə yazacaqlar, və, prinsipcə, düz ediblər”, - o, jurnalistlərə müraciət edib.
Daha əvvəl xəbər verilirdi ki, Ukrayna Prezidenti iyunun 3-də Xmelnitskiyə səfəri zamanı şəhərin mərkəzində gəzintiyə çıxmış və yerli kafelərin birində kofe içmişdi. Həmin kafedə ki, hansı ki, Nazirlər Kabinetinin qərarına əsasən, hələ bağlı olmalı idi.
Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, onun birinci müavini Sergey Trofimov, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko, Xmelnitski Vilayət Dövlət Administrasiyasının sədri Dmitri Qabinet və Xmelnitski şəhər rəhbəri Aleksandr Simçişin də inzibati məsuliyyətə cəlb olunublar. Karantin tələblərinin pozulmasına görə cərimə 17 - 34 000 min griven təşkil edir (təxminən 630-1270 dollar).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?