Braziliyada 42 mindən çox insan pandemiyanın qurbanı olub.
Gundemxeber.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada COVID-19-a yoluxma hallarının sayı 850 514-ə çatıb, bütün vaxt ərzində koronavirusdan 42 720 pasiyent ölüb.
Son 24 saat ərzində 21 704 yeni yoluxma və 892 ölüm qeydə alınıb. Ölüm faizi 5% təşkil edir.
Qeyd edilir ki, virusa yoluxmuş 379 245 insan sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?