İndoneziyada COVID-19 virusuna gündəlik yoluxma sayında rekord qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Axmad Yurianto tərəfindən mətbuat konfransında verilən məlumata görə, son sutkada ölkədə yoluxanların sayı daha 1 385 nəfər artaraq 52 812-yə, ölənlərin sayı isə 37 nəfər artaraq 2 720-yə çatıb.
Ölkənin Cakarta, Mərkəzi Yava, Şərqi Yava, Bali, Cənubi Sulavesi əyalətlərində də ayrı-ayrılıqda rekord gündəlik yoluxma qeydə alınıb.
Həmçinin sağalanların da sayı 576 nəfər artaraq 21 909 nəfərə yüksəlib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?