İranda ötən ilin oktyabr ayında həbs olunan “Amadnews” saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.
İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.
Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.
Sorğu
Yeni dizaynımız necədir?