Suriyada 2011-ci ilin mart ayından indiyədən davam edən vətəndaş müharibəsində qətlə yetirilən insanların sayı açıqlanıb. Suriya İnsan Hüquqları təşkilatının yaydığı sənədlərdə hakimiyyətə qarşı döyüşlərdə 101 min 513 nəfərin qətlə yetirildiyi qeyd edilir.
Öldürülənlərdən 89 min 644-ü sivil, 10 min 913-ü uşaq, 9 min 911-u isə qadındır.
Statistikaya əsasən, Əsəd rejiminə qarşı toqquşmalarda 11 min 849 silahlı müxalif qətlə yetirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?