Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çoxdan təxirə salınan bir missiya rəsmi olaraq heç bir koronavirus yoluxması qeydə alınmayan yeganə Orta Asiya ölkəsi Türkmənistana gedib.
Missiyanın lideri Ketrin Smolvud qrupu Türkmənistan hakimiyyəti ilə bir neçə aspektdə çalışacaq. Bunlara COVID-19 hazırlığı və cavab tədbirləri - ümummilli səviyyədə koordinasiya və nəzarət sistemləri, epidemiologiya və ona nəzarət, laboratoriya xidmətləri, xəstələrin idarə edilməsi, infeksiyanın profilaktikası və ona nəzarət, risklər haqda məlumatlandırma daxildir.
İyulun 6-da gecikmələrdən sonra gələn missiya 10 gün ərzində Türkmənistanda olacaq.
ÜST iki aydan artıqdır ki, Aşqabadın ölkədə koronavirus yoluxmalarının olmadığı iddialarını araşdırmaq üçün Türkmənistana bir missiya göndərməyə çalışırdı.
Smolvud onun rəhbərlik etdiyi qrupun enerji ilə zəngin, təxminən 6 milyon əhalisi olan səhra ölkəsinə səfərinin pandemiya səbəbiylə səyahət məhdudiyyətlərinin olması üzündən təxirə salındığını deyib.
"Türkmənistan ümummilli, çoxşaxəli COVID-19 işçi qrupunu yaratmağı bacarıb. Bununla COVID-19 Hazırlıq və Müdaxilə Planını təsdiqləyib və profilaktikası, diaqnozu və müalicəsi üçün COVID-19 qaydalarını hazırlayıb. Səhiyyə sisteminin bütün səviyyələrində işçilərin yenidən təşkilatlandırılması hökumətin atdığı vacib addımdır. Buraya yenidən hazırlanan obyektlər və tibb işçilərinin hazırlığı daxildir" deyən Smolvud ÜST-ün Aşqabadın pandemiyanın uzunmüddətli təsiri ilə məşğul olmasına kömək etdiyini vurğulayıb.
Türkmənistan rəsmiləri ölkədə koronavirus olmadığını israr etsələr də, bir çox xəbərdə tibb işçiləri, adı açıqlanmayan məmurlara istinadən xeyli sayda insanın COVID-19 simptomları ilə xəstəxanalaraa yerləşdirildiyi bildirilir.//amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?