Rusiya polisi Açıq Rusiya Təşkilatının direktoru Andrey Pivovarovu və koordinatoru Mariya Kuznetsovu saxlayıb.
Bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb. Hər iki şəxs Açıq Rusiya Təşkilatının ofisində saxlanılıb. Hələlik təşkilatın ofisində axtarışın həyata keçirilmədiyi bildirilib.
Qeyd edək ki, Açıq Rusiya Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilat Mixail Xodorkovski tərəfindən təsis edilib. İndiyə qədər təşkilatın Xodorkovskinin şəxsi ianələri hesabına yaşadığı iddia edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?