Xilas edicilər Novqoroddakı “Oksoçi” internatındakı yanğın nəticəsində ölənləndən 6-sının cəsədini tapıblar. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” regionun hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Rusiya Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, yanğının baş verdiyi şöbədə tibbi personal da daxil olmaqla 59 nəfər olub. Onların əksəriyyətinin aqibəti məlum deyil.
***
10.05
Rusiyanın Novqorod şəhərindəki internatda baş vermiş yağın nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfərin isə cəsədi tapılıb. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, psixonevroloji internatda yanğın Moskva vaxtı ilə saat 02.55-də (Bakı vaxtı ilə 03.55) başlayıb. Yanğın zamanı binada 59 xəstə olub. Onlardan 22-si yataq xəstəsidir.
Yanğınsöndürənlər çatanadək birmərtəbəli binanı alov bürüyüb. 23 nəfər xilas ola bilib. Bakı vaxtı ilə 05.25-də yanğını lokallaşdırmaq mümkün olub. Lakin alovun söndürülməsi davam edir.
İlkin məlumata görə, xəstələri xilas etməyə çalışan sanitar qadın həlak olub. Yanğının səbəbləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları ətrafdakı meşəni təmizləyirlər. Onlar pəncərədən qaçmağa nail olmuş xəstələri tapmağa ümid edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?