Rumıniyada son sutkada daha 777 koronavirusa yoluxma faktı qeydə alınıb.
Bu barədə Rumıniyanın Nazirlər Kabineti yanında koronavirusla bağlı vəziyyət üzrə Strateji Əlaqə Qrupu məlumat yayıb.
Bildirilib ki, COVID-19 xəstələrinin ümumi sayı 35 003-ə çatıb.
Xəbərdə vurğulanıb ki, pandemiya başlayandan 1 971 nəfər infeksiyanın qurbanı olub.
Qeyd olunub ki, təxminən 24,3 min pasiyent virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, Rumıniya hökuməti mayın 15-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimini ləğv etsə də, koronavirusa qarşı hazırlıq rejimi iyulun 17-dək qüvvədə olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?