ABŞ-ın ATƏT-dəki nümayəndəsi Ceyms S. Gilmor III təşkilatın Vyanadakı Daimi Şurasında Ermənistanla Azərbaycanın beynəlxalq sərhədinə baş verən silahlı insidentilə bağlı bəyanatla çıxış edib.
Ceyms S. Gilmor III deyib ki, bəyanatın məqsədi Minks Qrupu həmsədrlərinin: Rusiya Federasiyası, Birləşmiş Ştatlar və Fransanın aktiv olduqlarını və məsələ ilə məşğul olduqlarını bildirməkdir. O, Birləşmiş Ştatların Minsk Qrupunun həmsədrləri adından deyil, öz adından çıxış etdiyini vurğulayıb.
“Mən bildirmək istəyirəm ki, hazırda Ermənistan-Azərbaycan məsələsində üzləşdiyimiz çətinliklərə diqqət yetirilir. Dünən həmsədrlər hərbi əməliyyatarın azaldılmasını alqışladıqlarını və hər iki tərəfi de-eskalasiyanı davam etdirmək üçün səy göstərməyə çağırdıqlarını bildirən mətbuat açıqlaması verdilər,” o qeyd edib.
Ceyms S. Gilmor III bildirib ki, həmsədrlər həmçinin tərəfləri təhrikedici ritorikadan və mövcud vəziyyəti dəyişmək cəhdlərindən yayınmağa çağırıblar.
O, həmsədrlərin Fransa, Birləşmiş Ştatlar və Rusiya Federasiyasından ibarət daimi nümayəndələrini, habelə Minsk Qrupunun digər üzvlərini məlumatlandırdıqlarını bildirib.
“Mən, özüm şəxsən, həmsədrlərin şəffaf və aktiv olmalarının, vasitəçilik və cavab tədbirlərinə yardım etmək mövqeyində olmalarının vacibliyini vurğuladım”, o deyib.
Ceyms S. Gilmor III son iki gündə dövlət katibi Mayk Pompeo və ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortqasun bəyanatla çıxış edərək Birləşmiş Ştatların sərhəddəki zorakılıqları qınadığını və iki tərəfi gücdən istifadəyə dərhal son qoymağa və atəşkəsə əməl etməyə çağırdığını bildirdiklərini deyib.
“Birləşmiş Ştatlar tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə nail olmağa yardım etmək qətiyyətindədir və biz bu məqsədə çatmaq üçün səylərimizi aktiv şəkildə davam etdirəcəyik,” o qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?