Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini Robert Bazikyan tutduğu vəzifədən azad edilib.
Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
R.Bazikyanın işdən azad edilməsinin səbəbi açıqlanmayıb. Ancaq KİV onun təqaüdə göndərildiyini ehtimal edir.
Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətdə direktor işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O yalnız bu ilin martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan təyin olunub. /Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?