Rusiya cümə axşamı 5848 koronavirusa yoluxma halının qeydə alındığını bildirib. Beləliklə, dünya boyu koronavirusa yoluxma hallarına görə dördüncü yerdə olan Rusiyada yoluxanların sayı 795 038-ə çatıb.
Rəsmilərin məlumatına görə, son 24 saat ərzində 147 insan ölüb və ölkədə COVİD-19-da ölənlərin sayı 12 min 892-ə çatıb.
Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bir neçə gün əvvəl Rusiyanın koronavirus peyvəndinin artıq hazır olduğunu bildirmişdi.
Lakin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RBK televiziya kanalına peyvəndin klinik sınaqlarının davam etdiyini və ikinci mərhələyə daxil olduğunu deyib.
"Hazırda Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin ikinci sınaq mərhələsi davam edir və son mərhələsindədir" - deyə, o bildirib.
Rusiyada peyvənd üzərində üç qurum işləyir - Moskvadakı Qamaleya adına mərkəz, Novosibirskin "Vektor" Elmi Viroloji və Sankt-Peterburqdakı Biotexnologiya Mərkəzi və FMBA Peyvənd və Serum institutu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?