Havanın keyfiyyəti koronavirus infeksiyasından ölüm nisbətinə təsir göstərir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir:
“Hava çirklənməsi və istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azalıb. Mövcud göstəricilərə görə havanın keyfiyyətsiz olması COVID-19-dan ölüm nisbətinin daha yüksək olmasına təsir edir”.
Təşkilatdan bildirilib ki, ətraf mühitin qorunması üçün xüsusi tədbirlər görülmədən dünyada havanın təmizlənməsinin təsiri yalnız müvəqqəti bir nailiyyət olacaq.
BMT-nin Baş katibi Antonio Quterres ölkələri “inklüziv iqtisadi bərpa üçün yaşıl siyasətə riayət etməyə” çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?