GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?

Tarix: 28-07-2020, 16:07 Bölmə :Dünya Baxış: 342
İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


Ermənilərin dini lideri bir saat dinc durmadığı halda bizim Şeyxülislamın öz funksiyasını yerinə yetirməsinə nə mane olur?

Tovuz istiqamətində baş verən məlum erməni təcavüzünün elə ilk günlərindən ermənilərin dini lideri Katolikos ll Qaregin Ermənistan KİV-lərinin gündəmindən düşmür. Adam sərhəddə gərginlik başlayan gündən bəri dinc durmur. Gah əsgərlərə, gah həlak olan erməni zabitlərinin ailələrinə, gah yaralı hərbçilərə baş çəkir, onları ruhlandırır, “qəhrəmanlıqlarını” vəsf edir və sair…

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


Ölən erməni mayorunun dəfnində isəən yuxarı başda duran və ailəsinə təskinlik verən də məhz o idi. Onun rəhbərlik etdiyi erməni kilsəsi xüsusi mərasim təşkil edərək, ölənlərin ruhu, yaralıların həyatı üçün dualar oxuyur və vətənpərvərlik təbliğatı aparır.

Həmin bu Qaregin bizim hörmətli şeyximiz Allahşükür Paşazadə ilə təxminən eyni yaşdadır. Canı, cüssəsi də möhtərəm şeyximizdən heç də daha ətli-qanlı görünmür. Yəni fiziki imkanları baxımından şeyximizdən əskikdir ki, artıq deyil.

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


Bəs görəsən, təkcə qarşı-qarşıya duran orduların deyil, ictimai, siyasi xadimlərin, ziyalıların, mətbuatın, diasporaların, elm, incəsənət, din adamlarının və s. sınağa çəkildiyi bir vaxtda Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru və sair və sair adların, titulların sahibi olan Allahşükür Paşazadə cənabları haralardadır?

Ola bilməz ki, düz 40 ildir Qafqaz Müsəlmanları İdarəsinə sədrlik edən, 20 yanvar faciəsindən Xocalı qətliamına qədər bir çox müsibətlərimizin canlı şahidi olan A.Paşazadə indiki durumun bir din xadimi kimi onun çiyinlərinə qoyduğu məsuliyyəti hiss etməsin.

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


Bəs belə olan halda, onun ən azı Qaregin qədər fəallıq göstərməsinə, insanlarımızı ruhlandırmasına, dəstəkləməsinə, şəhid ailələrinə, yaralılara təskinlik verməsinə, bir sözlə uzun illərdir yiyələndiyi dini lider funksiyasını yerinə yetirməsinə nə mane olur?


A.Paşazadənin son hadisələrin fonunda yeganə səfəri Masallıya, onun rəhbərlik etdiyi idarənin bölgə qazısının dəfnilə bağlı olub. Orada da icra hakimiyyəti başçısıyla birgə şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib, vəssalam!

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


Hansı ki, Azərbaycan bu döyüşlərdə General Polad Həşimov başda olmaqla, 12 hərbçisini və iki mülki şəxsini şəhid verib. Bəs onların hansının dəfnində iştirak edib Paşazadə? Heç birinin! Hətta Fəxri Xiyabanda dəfn olunan şəhid generalımızın da nə dəfninə qatılıb, nə ailəsini, nə də məzarını ziyarət edib. Niyə? Yoxsa bu adam vətənpərvər, fədakar, qəhrəman kasıb-kusubun yox, yalnız oliqarxiyanın, elitanın şeyxidir?…

İrana görə Trampa ağız açan Şeyx Tovuza görə niyə susur?


20 yanvar qırğınında şəhidlərimizi dəfn edən insan selinin önündə gedən A.Paşazadəni xalqımızın vətənpərvərlik və fədakarlıq ruhunun ölmədiyini nümayiş etdirən 15 iyul yürüşündə görən oldumu? Bu xalq, bu torpaq şeyxə nələr verməyib?

Varidatı, mal-mülkü barədə rəvayətlər gəzir. Şeyxin evi (buna nəinki ev, saray da demək onun ölçülərini, möhtəşəmliyini kiçiltmək olardı) Bakıda adladır. Taksi sürücülərinə ünvan deyəndə, şeyxülislamın evini orientir kimi göstərmək olur.


Hələ xaricdəki mülkləri, biznesləri və s. demirik. Bu naz-neməti, mülkü, cah-cəlalı hansı yolla qazanmasından asılı olmayaraq, məhz Azərbaycan torpağının, xalqının hesabına əldə edən şeyx hər halda zəhmət çəkib heç olmasa belə ağır və məsuliyyətli günlərdə Tovuzda həlak olan hər bir şəhidin qapısına getməyə, ailə üzvlərinə baş çəkməyə, yaralı əsgərlərimizi, zabitlərimizi yoluxmağa bocluydu!


Ancaq bunun əvəzində KİV-lərdə, sosial şəbəkələrdə şeyxin adı hər zaman ya xaricdəki biznesi və mülkləri, ya hansısa məhsulun monopoliyası, ya da törətdiyi özbaşınalıqlarla ad çıxaran qudasının əməllərilə bağlı çəkilib.

Nəhayət, nə qədər üzücü olsa da, deməmək olmur ki, İranda baş verənlərlə bağlı Trampa məktub yazan, canfəşanlıq edən şeyximiz Azərbaycanda, Tovuzda törədilən təcavüz cəhdinə ğörə nədənsə heç qələmini tərpətmək belə istəmir deyəsən. Görəsən niyə?

Bəlkə ona görə ki, artıq çoxdan bəri bu xalqa nə verəsi, nə də ondan alası heç nəyi yoxdur?

Görünür, biz nə qədər umub küssək də, Bütün Qafqazın şeyxi adlandırılan A.Paşazadə özünü nəinki Qafqazın, tək Azərbaycanın dini lideri kimi aparmağa da ərinir. Əgər ərinməsəydi, bu dönəmdə tamamilə başqa davarnış sərgiləyərdi.//AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub ünvanlayıb

    Erməni katolikosu II Qareqin Allahşükür ...

    6-08-2014, 00:38

  • 
  • Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə boya töküb

    Rusiyada deputat erməni-faşist Qaregin Njdenin ...

    13-11-2019, 14:56

  • 
  • II Qaregin də Qarabağa gəldi – Nə baş verir?

    II Qaregin də Qarabağa gəldi – Nə baş verir? ...

    8-04-2019, 13:24

  • 
  • Ermənilər Ermənistandan niyə qaçır? – Erməni katolikosdan REAKSİYA

    Ermənilər Ermənistandan niyə qaçır? – Erməni ...

    22-09-2017, 16:48

  • 
  • Putin Sərkisyanı Moskvada tək qoydu

    Putin Sərkisyanı Moskvada tək qoydu ...

    18-09-2013, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu