Gürcüstanda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub, 2 pasiyent sağalıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19 virus infeksiyasına ümumi yoluxma göstəricisi 1 155, sağalanların sayı isə 929 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 16-dır.
Hazırda Gürcüstan üzrə 6 489 nəfər karantində, 337 nəfər isə tibbi nəzarətdədir.
Sorğu
Yeni dizaynımız necədir?