Koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik.
Gundemxeber.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bütün məlumatları açıq şəkildə ÜST-lə bölüşüb və bölgələrdə işin aparılmasına dəstək olub: "Azərbaycanda yüksək səviyyədə hakimiyyət rəsmilərinin koronavirusla mübairzədə göstərdikləri diqqətə görə təşəkkür edirəm".
H.Armancı Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərin işinin əvəzedilməz olduğunu bidirib: "Onlar gecə-gündüz, durmadan koronavirusla mübarizə aparırlar, onlar bu müharibənin görünməyən qəhramanlarıdırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?