GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Minsk Qrupunun keçmiş həmsədri Riçard Hoqland sərhəddəki son toqquşmalara münasibət bildirib

Minsk Qrupunun keçmiş həmsədri Riçard Hoqland sərhəddəki son toqquşmalara münasibət bildirib

Tarix: 31-07-2020, 22:19 Bölmə :Dünya Baxış: 1 562
Minsk Qrupunun keçmiş həmsədri Riçard Hoqland sərhəddəki son toqquşmalara münasibət bildirib


"Kompromis yalnız Bakı və Yerevandakı liderlər 'münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib' dediyi zaman əldə oluna bilər".

Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Amerikanın Səsinə müsahibədə bildirib. Səfir Hoqland Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı toqquşmadan və Azərbaycanda 14 iyulda Azərbaycan ordusuna dəstək mitinqindən sonra baş verən kütləvi həbslər habelə, Türkiyə-Azərbaycanın birgə hərbi təlimləri və Rusiyanın 2020 Qafqaz təlimləri haqda danışıb.

O toqquşmanın arxasındakı motivlərin heç kəsə bəlli olmadığını, lakin insidentin təsadüfən başladığını düşünmədiyini deyib. “Çünki hər hansı tərəf qəsdsiz bir şəkildə digər tərəfə atəş açdığında, onlar arasında kommunikasiya yaradılır və onlar bir-biriləri ilə danışıb, dərhal bunun bir qəza olduğunu söyləyirlər. Amma bu dəfə bu baş vermədi,” o deyib.

Ceyms Uorlik və Keri Kavano
SEE ALSO:
ATƏT Minsk Qrupunun keçmiş amerikalı həmsədrləri sərhəddə baş vermiş toqquşmaya münasibət bildirdilər
Hoqland Minsk Qrupunun fəaliyyətinin məhdud olduğunu və onların yalnız münaqişə tərəflərinin onlara icazə verdiyi tədbirləri görə biləcəklərini deyib. O bildirib ki, Minsk Qrupu regional güclərin tam dəstəyi olmadan Dağlıq Qarabaq problemini həll edə bilməyəcək.

“Tərəflər ‘biz kompromis tampağa hazırıq’ deməyə hazır olmayanadək təəssüf ki, münaqişə davam edəcək və bunun ən pis təsirləri adi vətəndaşlara olacaq,” o deyib.

Onun fikrincə Dağlıq Qarabağ münaqişəsi BMT məsələsinə çevrilməlidir. “Bunu həll etməyin yeganə yolu Dağlıq Qarabağın qeyri-müəyyən bir müddət ərzində BMT-nin protektoratı olmasıdır. Bir neçə il sonra isə, bəlkə də, məsələ ilə bağlı hisslər bir az yatışandan sonra hər iki tərəfdən insanlar ‘biz Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında gələciyin bu cür olmasını istəyirik’ deyəcəklər. Bu, mənim həmsədr olandan sonra gəldiyim şəxsi qənaətimdir,” o deyib.

Hoqland Rusiyanın bu münaqişədəki rolu ilə bağlı suala cavabında Putinin zaman-zaman Sovet İttifaqının süqutunun 20-ci əsrin ən böyük fəlakətinin olduğunu və keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycan və Ermənistanın Rusiyanın xüsusi təsir dairəsində olduğunu söylədiyini xatırladıb. O bildirib ki, əgər Rusiyanın həqiqətən də bu problemi həll etmək istəyi olsa idi, Moskva daha aktiv tədbirlər görərdi.

Hoqland münaqişə tərəflərinin bu vəziyyətdən hökümətlərinin hakimiyyətdə qalmaları üçün kritik bir məsələ olaraq gördüyünü deyib. Onun sözlərinə görə, dünya boyu diaspora icmaları bəzi hallarda hətta öz hökümətlərindən daha sərt mövqeyə sahib olurlar. O, Los Anceles, Moskvə və bir neçə digər şəhərlərdə azərbaycanlı və erməni diaspora üzvləri arasında baş verən insidentlərin bunun sübutu olduğunu söyləyib. “Bu da münaqişəni müəyyən mənada beynəlxalq bir məsələyə çevirib,” o qeyd edib.

Hoqland Azərbaycanla-Türkiyənin birgə hərbi təlimlərinə, habelə Rusiyanın Qafqaz-2020 adlı təlimləri məsələsinə də toxunub. Onun sözlərinə görə, bu cür təlimlər çox təhlükəlidir, çünki onlar tərəflərin hər hansı kompromisə doğru getmək istəyinin olmadığına dair siqnal göndərir.

“Məncə hazırda hər iki tərəf - Türkiyə-Azərbaycanın birgə təlimləri və Rusiyanın Qafqaz-2020 təlimləri vasitəsilə - adi bir oyun oynayırlar. Amma onlar cizgini keçib, məsələnin nəzarətdən çıxmasının qarşısını almaq üçün çox ehtiyatlı olmalıdırlar”. O deyib ki, əgər münaqişə daha da qızışsa, Türkiyə və Rusiya müdaxilə edə bilər, bundan əlavə isə hər iki ölkə ilə sərhəd bölüşən İranın da narahat olmasına səbəb yaranar.

Kompromis yalnız Bakı və Yerevandakı liderlər 'münaqişəni birdəfəlik həll etməyin vaxtı gəlib' dediyi zaman əldə oluna bilər
Azərbaycanda 14 iyul aksiyasından sonra baş verən təqiblərə də toxunan Hoqland bu cür hadisələrin təkcə Azərbaycan deyil, digər keçmiş Sovet İttifaqı respublikalarında da adi hal aldığını söyləyib. O, bir çox ölkələrdə bu cür beynəlxalq insidentlərdən müxalifətə qarşı sui-istifadə edən liderlərin olduğunu deyib. “Daxili siyasət hər zaman bütün ölkələrdə mürəkkəb olur,” Hoqland bildirib.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan arasındakı beynəlxalq sərhəddə silahlı toqquşma baş verib. Rəsmi məlumatlara görə, nəticədə Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralıların olduğu haqda məlumat verilib.

ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı 13 iyulda bəyanat yayıb. Onlar bəyanatda tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar./amerikaninsesi.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub  Böyüt

    ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub ...

    24-08-2017, 10:48

  • 
  • ​ ABŞ-ın Qarabağla bağlı mövqeyi niyə “DƏYİŞDİ”

    ​ ABŞ-ın Qarabağla bağlı mövqeyi niyə “DƏYİŞDİ” ...

    24-08-2017, 23:23

  • 
  • ATƏT-in sabiq fransalı həmsədri vəfat edib

    ATƏT-in sabiq fransalı həmsədri vəfat edib ...

    19-04-2018, 11:21

  • 
  • Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək - Minsk qrupunun iştirakı ilə

    Vyanada Dağlıq Qarabağ münaqişəsi müzakirə ...

    10-07-2016, 15:41

  • 
  • Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən münaqişənin həllini gözləyir

    Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən ...

    18-05-2016, 19:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu